Azərbaycanda polis generalı vəfat edib

Azərbaycanda polis generalı vəfat edib

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev 69 yaşında vəfat edib. Bu barədə SİA-ya mərhumun yaxınları məlumat verib.

O, bu gün Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb.

2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə