Avtomobil vuran qadınlardan biri ölüb - YENİLƏNİB

Avtomobil vuran qadınlardan biri ölüb - YENİLƏNİB

Bakının Qala-Pirallahı şossesində 2 nəfərin xəsarət aldığı yol qəzası olub, bir nəfər ölüb. SİA xəbər verir ki, Səmədov Elçin Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşınla Qala-Pirallahı şossesində hərəkətdə olarkən yolu keçən piyadalar, Əhmədova Rəqsanə Ələsgər qızı və Zamanova Tərgül Qəşəm qızını vurub.

Rəqsanə Əhmədova hər iki ayağın sınığı və Tərgül Zamanova başın əzilmiş yarası xəsarəti ilə Xəzər tibb mərkəzinə müraciət ediblər. Tərgül Zamanova aldığı xəsarətlərdən reanimasiya şöbəsində vəfat edib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə