Yanğından sonra KTM-ə yerləşdirilən körpələrin vəziyyəti açıqlanıb

Yanğından sonra KTM-ə yerləşdirilən körpələrin vəziyyəti açıqlanıb

Respublika Perinatal Mərkəzdə yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub. Onlardan 5-i oğlan, 6-sı qızdır. SİA xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub:

“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.

O bildirib ki, körpələrdən 10-nu erkən doğulmuşlardır.

Həkim, həmçinin qeyd edib ki, körpələrdən 2-si hazırda küvəzdə, digərləri isə palatadadır.

“Körpələrin xəstəxanadan evə buraxılması məsələsinə gəlincə isə, bu barədə indidən nəsə demək tezdir. Lazımi müayinə və dəyərləndirmədən sonra bununla bağlı qərar veriləcək. Ümumilikdə körpələrin nəfəsalması ilə bağlı hazırda problem yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə