Neftçalada 27 yaşlı oğlan intihar edib

Neftçalada 27 yaşlı oğlan intihar edib

Neftçala rayonunda intihar hadisəsi olub. SİA xəbər verir ki, hadisə şəhərin Molla Pənah küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda 1997-ci il təvəllüdlü Əyyubov Şahin Elçin oğlu kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Tibbi-ekspertiza müayinəsindən sonra Ş.Əyyubovun nəşi doğulduğu Lerik rayonuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə