Meşəlik ərazidə “Kalaşnikov” avtomatı aşkarlanıb

Meşəlik ərazidə “Kalaşnikov” avtomatı aşkarlanıb

Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

SİA Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan “AK-74” markalı 1 avtomat və 30 patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə