İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. Bu barədə SİA-ya Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB