Yasamalda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb - FOTO
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Yasamal RPİ-nin 26-cı PB-də araşdırmalar davam etdirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB