Sumqayıtda 22 yaşlı oğlan bıçaqlanıb

Sumqayıtda 22 yaşlı oğlan bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. SİA-nın xəbərinə görə, hadisə “Ceyranbatan bağları” yaşayış massivində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Samir Sadiq oğlu Bayramov münaqişə zəminində bıçaqlanıb.

Ona xəsarət yetirməkdə qohumu, 1977-ci il təvəllüdlü Nazim Əliş oğlu Əliyev şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə