İsmayıllı sakini bıçaqlanıb, oğlu saxlanılıb

İsmayıllı sakini bıçaqlanıb, oğlu saxlanılıb

İsmayıllıda bıçaqlanma olub. SİA-nın xəbərinə görə, rayon sakini 53 yaşlı Sübhan Dadaşov bıçaqlanıb.

Onun 1994-cü il təvəllüdlü oğlu Emin Maarifli tərəfindən bıçaqlandığı bildirilir.

S.Dadaşov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə