İmişli sakinlərindən sənədləri olmayan 3 ədəd ov silahı götürülüb

İmişli sakinlərindən sənədləri olmayan 3 ədəd ov silahı götürülüb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. SİA xəbər verir ki, aparılan tədbirlər nəticəsində son iki gün ərzində rayon sakinləri tərəfindən müvafiq sənədləri olmayan 3 ədəd ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə