Axtarışda olduğuna görə 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib - DİN

Axtarışda olduğuna görə 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib - DİN

Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə