Sumqayıtda ötən gün maşınla vurulan piyada bu gün ölüb

Sumqayıtda ötən gün maşınla vurulan piyada bu gün ölüb

Ötən gün Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosu məlumat verir ki, hadisə şəhərin 10-cu məhəlləsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Tükəzban Süleyman qızı Məmmədovanı “Prius” markalı maşın vurub.

Xəstəxanaya çatdırılan piyada bu gün ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə