Dəmir yolunda terror aktını törədən rusiyalı saxlanılıb

Dəmir yolunda terror aktını törədən rusiyalı saxlanılıb

Moskvanın Vnukovo hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları Ryazanda dəmir yolunda terror aktı törədən diversantı saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

...Onun 35 yaşlı Ryazan sakini olduğu üzə çıxıb və o, artıq törətdiyi cinayəti etiraf edib.

Hazırda ryazanlıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (“Terror aktı”) və 222.1-ci (“Partlayıcı qurğuların qanunsuz əldə edilməsi”) maddələri ilə cinayət işi açılıb. Onu 32 ilə qədər həbs gözləyir.

Telekanalın məlumatına görə, həmin şəxs ideoloji səbəblərlə hərəkət etdiyini bildirib.

Noyabrın 11-də səhər saatlarında “Rıbnoye” və “Blokpost” stansiyaları arasında üçüncü əsas marşrutun 190-cı kilometrliyində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə Oktyabr Dəmir Yolunun Titan stansiyasından Privoljskaya Dəmir Yolunun Yulyevka stansiyasına hərəkət edən qatarın 19 vaqonu relsdən çıxıb, onlardan 15-i sıradan çıxıb. Rusiya İstintaq Komitəsi bununla bağlı cinayət işi açıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə