Gəncədə 3 avtomobil yanıb

Gəncədə yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən dayanacaqda yanğın olub. Yanğın zamanı dayanacaqda olan VAZ markalı iki minik avtomobili və bir “KamAz” yanıb.

Hadisə yerinə dərhal FHN-in əməkdaşları cəlb edilib. Yanğın söndürülüb, dayanacağın qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə