Yeniyetmə bədbəxt hadisə nəticəsində bir gözünü itirib

Yeniyetmə bədbəxt hadisə nəticəsində bir gözünü itirib

Sankt-Peterburqda 15 yaşlı məktəbli təsadüfən fişəng ilə üzünə atəş açaraq xəstəxanaya yerləşdirilib.

SİA REN TV-yə istinadən xəbər verir ki, hadisə ötən cümə günü, noyabrın 24-də səhər saatlarında baş verib. Müəyyən edilib ki, yeniyetmənin əlində siqnal tapançası olub, hansısa məqamda ehtiyatsızlıqdan tətiyi çəkib və atəş üzünə dəyib.

Yaralı uşaq təcili xəstəxanaya yerləşdirilib. Həkimlər ağır beyin silkələnməsi, göz almasının qopması və göz qapağının kəsilməsini qeydə alıblar.

Hazırda həkimlər qəza nəticəsində gözünü itirən Sankt-Peterburq məktəblisinin vəziyyətini orta ağır qiymətləndirirlər.

Bundan əvvəl Sankt-Peterburqda məktəblinin müəlliməni tüfənglə güllələdiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə