...2017-ci ildə boşanmaq ərəfəsində əri tərəfindən əlləri balta ilə kəsilən Marqarita Qraçeva ərinin koloniyadan qayıtmasından narahatdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sonrada protez əllərlə yaşayan qadın xoşbəxt olduğunu deyib.
Dediyinə görə, o, əsl kişilərə inamını bərpa edən bir insanla da tanış ola bilib.
Onunla ailə quran qadın ailəsi ilə birlikdə Sankt-Peterburqa köçüb.
Yeni evliliyində Marqarita Qraçevanın üçüncü övladı dünyaya gəlib.
Qeyd edək ki, qadının əvvəlki evlilikdən də iki övladı var.
...Əlbəttə, indi çox xoşbəxtəm, amma bir gün Dima (əvvəlki əri-A.B.) azadlığa çıxacaq və biz onun ağlında nə olduğunu bilmirik.
Bunu deyən qadının sözlərinə görə, oğullarını valideynlik hüququndan məhrum edilmiş ataları ilə ünsiyyətə sövq etmək fikrində deyil.
Xatırladaq ki, Qraçevlərin nikahı ərin patoloji qısqanclığı səbəbindən dağılmağa başladıqdan sonra Dmitri Qraçov arvadını aldadıb meşəyə aparıb, orada onu bağlayıb və əllərini balta ilə döyməyə başlamışdı. Bundan sonra əri onu xəstəxanaya və özü də polisə etiraf yazmağa getmişdi. Həkimlər qadının yalnız bir əlini xilas edə bilib, sonradan ikinci əlinə biomexaniki protez quraşdırılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB