Türkiyədə zəlzələ olub

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yerli vaxtla saat 17:46-da meydana gələn yeraltı təkanların episentri Malatyanın Battalqazi rayonudur. Ocağı yerin 6,99 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

Təbiət hadisəsinin törədə biləcəyi fəsadlarla bağlı hələ məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə