Gəncədə avtomobil qəzası: Ölən və xəsarət alanlar var

Gəncədə avtomobil qəzası: Ölən və xəsarət alanlar var

Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” ilə “VAZ 21014” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova xəstəxanada ölüb.

Aşağıda adları qeyd edilmiş beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar:

2004-cü il təvəllüdlü Əli Süleymanov,

2005-ci il təvəllüdlü Nərmin Qarayeva,

2004-cü il təvəllüdlü Nərgiz Qarayeva,

1958-ci il təvəllüdlü Fərqanə Məmmədova,

1999-cü il təvəllüdlü Taleh İsmayılov.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə