Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib

Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib

Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və köməkçi yolda texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Bu barədə SİA-ya Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bu barədə ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verib.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə