Polis qanunsuz ov edən şəxsi saxlayıb

Polis qanunsuz ov edən şəxsi saxlayıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Balakişiyevin qanunsuz ov etdiyi müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, həmin şəxsdən ov zamanı istifadə olunan tüfəng və ovladığı vəhşi quşlar aşkarlanıb.

Bundan başqa keçirilən profilaktiki tədbirlərlə daha 2 ov silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə