Himalay dağlarının ətəklərində iki rus meyiti tapılıb

Himalay dağlarının ətəklərində iki rus meyiti tapılıb

Hindistanın şimalında Rusiyadan olan kişi və qadın faciəvi şəkildə ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, yerli polis xəbər verir ki, onların cəsədləri Himaçal-Pradeş ştatının Manikaran kəndi yaxınlığındakı Parvati çayı vadisində aşkar edilib.

Polisin bildirdiyinə görə, cəsədlər Himalay dağlarının ətəklərində isti bulağın yaxınlığında tapılıb. Ölənlərin cəsədlərində xəsarətlər qeydə alınıb, lakin ekspertlərin fikrincə, bu xəsarətlər rusların ölümünə səbəb ola bilməzdi. Polis bunda cinayət tərkibi görməsə də, lakin araşdırmalar davam edir.

Rusların məskunlaşdığı qonaq evində şəxsi əşyalarını Rusiyanın Hindistandakı səfirliyinə təhvil vermələrini xahiş edən ingilis dilində yazılmış qeyd tapılıb.

Xatırladaq ki, keçən yay Hindistanda daşqınlar səbəbindən 15 rusiyalı turist dağlarda qalmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə