Salyan rayonuda Kür çayının sahilində odlu silahlar aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən 2 ədəd "İJ" markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB