Ötən sutka ərzində 29 halda yanğına çıxış olub, 5 nəfər xilas edilib - FHN

Ötən sutka ərzində 29 halda yanğına çıxış olub, 5 nəfər xilas edilib - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfəri xilas ediblər. Həmçinin bir nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə