12 yaşlı qızı avtomobil vurub

Abşeron rayonunda 12 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA xəbər verir ki, 2011-ci il təvəllüdlü N. Əhmədzadəni yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə