Rusiya polisi 20 dərəcə şaxtada anası tərəfindən avtomobildə tərk edilmiş bir yaşlı uşağı xilas edib. Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, insident Maqadanda baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, uşağı bağlı avtomobildə görən yoldan keçən şəxs kömək üçün patrul polisinə müraciət edib.
Körpə avtomobildə üst paltarı olmadan olub. Patrul əməkdaşları təcili yardım çağırıb, maşının şüşəsini sındırıb, qapını açıb və uşağı xilas ediblər.
Bundan sonra uşaq həkimlərə təhvil verilib. Sonradan məlum oldu ki, oğlanın anası iş axtarmaq üçün Maqadana gəlib. Qadın yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin əməkdaşlarına hadisə ilə bağlı açıqlama verməkdən imtina edib
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB