Suraxanıda yerləşən zavodda yanğın olub

Suraxanıda yerləşən zavodda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən SİA-ya verilən məlumata görə, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə