Səbail rayonunda kişi meyiti aşkarlanıb - saxlanılan var

Səbail rayonunda kişi meyiti aşkarlanıb - saxlanılan var

Noyabrın 2-də saat 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu saxlanılıb. M.Əsədullayev sərxoş vəzəyyətdə olub, tufeyli həyat tərzi keçirir.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə