Bakıda 6 yaşlı uşağı maşın vurub

Bakıda 6 yaşlı uşağı maşın vurub

Bakıda avtomobil 6 yaşlı uşağı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb.

İsgəndər Ədilov idarə etdiyi "KİA Rio" markalı avtomobillə 2017-ci il təvəllüdlü Əbdülhəlim Musayevi vurub. Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə