Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, məhkum Bəhruz Arif oğlu Mustafayevə həyat yoldaşı Samirə Paşa qızı Mustafayevanın gətirdiyi sovqatdakı gödəkçənin cibində gizlədilmiş bükülülərdə 4,168 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB