Xudatda yük maşını vuran piyada ölüb

Xudatda yük maşını vuran piyada ölüb

Xudat şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yolu keçmək istəyən piyada, Qusar rayon sakini - 42 yaşlı Hamlet Qocayevi TIR vurub.

Nəticədə xəstəxanaya aparılan yaralı orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə