Lerik rayonunda 3,6 gücündə zəlzələ olub

Lerik rayonunda 3,6 gücündə zəlzələ olub

Oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lerik rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, zəlzələ ocağının dərinliyi 16 kilometr olub.

Qeyd edək ki, oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkəran stansiyasından 12 kilometr şimalda maqnitudası 3.2 olan zəlzələ baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə