İnternetdə elan verdi və...həbs edildi

İnternetdə elan verdi və...həbs edildi

Mahaçqalada silah alqı-satqısı ilə məşğul olan müqaviləli əsgər Musa Musayevi həbs edib.

SİA-nın əldə etdiyi məlumata görə, onu qanunsuz silah əldə etmə maddəsi ilə 3 ildən 5 ilədək, qanunsuz satma maddəsi ilə 12 ilədək həbs cəzası gözləyir. Amma məhkəmə bu maddələrdə nəzərdə tutulmuş minimum həddən aşağı cəza təyin edib.

Hökmdən belə görünür ki, 2023-cü ilin aprelində Musayev Mahaçqalada yanacaqdoldurma məntəqəsinin yaxınlığında patronları olan dəyişdirilmiş Retey markalı odlu silah tapançasını (RETEY PT 26) qanunsuz olaraq alıb və bir həftə sonra internetdə 45 min rubla satıb.

Alıcı isə əməliyyat pərdəsi altında fəaliyyət göstərən hüquq-mühafizə orqanının əməkdaşı olub.

Qeyd edək ki, Musayev təqsirini etiraf edib.

Məhz ona görə də Mahacqala Qarnizon məhkəməsi onun xüsusi hərbi əməliyyatdakı iştirakını nəzərə alaraq aşağı, 7 il müddətinə azadlıqdan məhrum edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə