Kurqan vilayətinin Şumixa şəhərinin sakini təqaüdçünün qətlinin izlərini gizlətmək üçün onun evini yandırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Şumixa şəhərində 1937-ci il təvəllüdlü yaşlı evdar qadının zorakılıqla ölüm əlamətləri olan meyiti aşkar edilib.
Münaqişə zamanı qadın yaşlı qadını vəhşicəsinə döyüb və ona çoxsaylı bıçaq zərbələri vurduqdan sonra zərərçəkənin evini də yandırıb
Bu rusların İstintaq Komitəsinin Kurqan şöbəsinin saytında yazılıb.
...Qatillə zərərçəkmiş arasında münaqişə yaranıb, cinayətkar qətl törədib, sonra evi yandırıb. Təqsirləndirilən şəxs hazırda həbsdədir.
Bu arada qatilin dostu bəzi etiraflar edib.
Belə ki, onun dediyinə görə, “dostunun başında hər şey yerində deyilmiş”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB