Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən S.Dəmirovun həmkəndlisi, 1979-cu il təvəllüdlü Şükür İbadov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB