Maştağada oğurluq edən 65 yaşlı qadın tutulub

Maştağada oğurluq edən 65 yaşlı qadın tutulub

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə