Quyuda 2 azyaşlının meyiti aşkar edilib- Prokurorluq

Quyuda 2 azyaşlının meyiti aşkar edilib- Prokurorluq

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə