Narkotikdən istifadə edən sürücülərlə necə mübarizə aparılır? - BDYPİ-NİN İNSPEKTORU DANIŞDI
"İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Həmçinin, bu barədə ictimaiyyətə məlumat verilir". Bu sözləri SİA-ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.
Onun sözlərinə görə, narkotik vasitələrdən, psixotrop və güclü təsir göstərən digər maddələrdən istifadə olunmaqla sərxoş vəziyyətdə avtomobil idarə etməyin nə dərəcədə ictimai təhlükəsizliyə əməl olunması yəqin ki, hər kəsə aydındır: "Baş DYP İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücülərin aşkarlanması və onlar barəsində ciddi intizam tədbirləri görülməsi istiqamətində işlər davam etdirilir.
Unutmaq olmaz ki, həmin nəqliyyat vasitəsi sürücüləri özləri ilə yanaşı avtomobildə olan sərnişinləri, eləcə də digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atırlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB