Bakıda yük maşını ilə minik avtomobili toqquşub

Bakıda yük maşını ilə minik avtomobili toqquşub

Bakıda yol qəzası olub.

SİA xəbər verir ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili, Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobildə olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər sərnişin 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə