Aprelin 22-də saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov qonşusu, 1993-cü il təvəllüdlü Elşad Məmmədova şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, E.Məmmədov xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB