İtkin düşən məktəbli qardaşlar tapılıblar

İtkin düşən məktəbli qardaşlar tapılıblar

Xaçmaz rayonunda itkin düşən məktəbli qardaşlar tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Üç gün əvvəl itkin düşən 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənanın yeri müəyyən edilib. Xudat şəhərində tapılan qardaşlar ailəsinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə