Avtomobil elektrik dirəyinə çırpılıb - xəsarət alanlar var

Avtomobil elektrik dirəyinə çırpılıb - xəsarət alanlar var

Xaçmazın İzmayılovka qəsəbəsində "VAZ-2106" markalı avtomobil elektrik dirəyinə çırpılıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 1982-ci il təvəllüdlü Səfərov Mahir Qafar oğlu və 2004-cü il təvəllüdlü Səfərov Novruz Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə