Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında Naxçıvan şəhərində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Yevlax rayon Aşağı Bucaq kənd sakini Abbaszadə Abbas Vidadi oğlunu vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB