Qəbələdə avtomobil körpüdən aşıb, bir nəfər həyatını itirib

Qəbələdə avtomobil körpüdən aşıb, bir nəfər həyatını itirib

Aprelin 2-də saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində “VAZ-2106”markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb. Nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat edib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə