Göyçay rayonunda intihar hadisəsi olub.
SİA-nın əldə etdiyi məlumata görə, rayonun Şahsoltanlı kənd sakini, 1985-ci il təvəllüdlü Həmidov Rəhim Nazir oğlu bu gün yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB