Göygöldə iki minik avtomobili toqquşub xəsarət alanlar var

Göygöldə iki minik avtomobili toqquşub xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə