ABŞ-dakı hadisə dünyada əks-səda doğurub

ABŞ-dakı hadisə dünyada əks-səda doğurub

ABŞ-da baş verən hadisə bütün dünyada əks-səda doğurub. Sözügedən hadisə gənc qadının keçmiş sevgilisinə etdiklərini əhatə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı gənc qadın bir səhər yuxudan duranda birlikdə olduğu sevgilisinə hücum edib. Sevgilisini müxtəlif yerlərdən 19 dəfə bıçaqlayan qadın xəbər üzərinə hadisə yerinə gələn polis tərəfindən nəzarətə götürülüb. Sevgilisinin sinəsindən, üzündən, kürəyindən, çiynindən və əllərindən bıçaqlayan qadın özünə gələndə sevgilisinin öləcəyini düşünüb.

Proses başa çatdıqdan sonra məhkəməyə sövq edilən qadın ruhi xəstə olduğunu iddia edib. Sevgilisini bıçaqlayarkən yuxu gördüyünü və özündə olmadığını ifadə edərək günahsız olduğunu iddia edib. Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə