Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
"Renault Megane" markalı avtomobil yol kənarında dayanan "Mercedes Ateko" markalı yük avtomobilinə çırpılıb.
Nəticədə minik avtomobilindəki sərnişin hadisə yerində ölüb.
Sürücü və digər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB