Sel nəticəsində ölənlərin sayı 54-ə çatıb

Sel nəticəsində ölənlərin sayı 54-ə çatıb

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 54-ə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, axtarış-xilasetmə işlərinin davam etdiyi əyalətdə itkin düşənlərin tapılmasına hərbi helikopterlər də dəstək verir. Fevralın 21-də Milli Meteorologiya İnstitutundan verilən açıqlamada fevral ayı ərzində gözlənilən yağıntının 24 saat ərzində ştata düşdüyü açıqlanıb və zərərin böyük olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə