Naxçıvanda dağ keçisi ovlayanlar saxlanılıb

Naxçıvanda dağ keçisi ovlayanlar saxlanılıb

Naxçıvan Muxtar Respublikasında qanunsuz ov edənlər saxlanılıb.

SİA-nın məlumatına görə, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıb. Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb.

V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə