Türkiyənin Kahramanmaraş bölgəsində baş verən iki ayrı zəlzələdə Adanada 13 bina dağılıb, 418 nəfər həyatını itirib. Bu zəlzələdə məscidlər, eləcə də binalar zərər görüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məscidlərin minarələri ya dağılıb, ya da çatlayıb. Bu səbəbdən Adanada bir çox minarə nəzarətli şəkildə sökülüb. Lakin minarənin dibinə qədər uçması planlaşdırıldığı halda, minarə yan üstə çökən zaman 3 mərtəbəli evin üzərinə aşıb. Nəticədə evin birinci və ikinci mərtəbəsinin eyvanı zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB